Bolqarıstanın ÇSKA 1948 klubunun braziliyalı yarımmüdafiəçisi Oktavio Manteka bundan sonra “Sumqayıt”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “Sumqayıt”ın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, müqavilə ilə ÇSKA 1948 klubuna məxsus olan 29 yaşlı futbolçu 1 illik icarəyə götürülüb. O, 2024-cü ilin 30 iyununa kimi Azərbaycan klubunun formasını geyinəcək.
Xatırladaq ki, Braziliyanın “Botafoqo” klubunun yetirməsi olan Oktavio Manteka 2022-ci ilin sentyabr ayından ÇSKA 1948 komandasında forma geyinirdi. O, bu komandada 34 oyuna cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüfiəçi karyerası ərzində İtaliyanın “Fiorentina”, Belçikanın “Bersxot”, Bolqarıstanın “Beroe”, “Lokomotiv” (Sofiya) klublarında da çıxış edib. O, ölkəsində ABC, “Tupi”, “Perilima”, “Votta Redonda” klublarının da uğurları üçün çalışıb.
“Sumqayıt” daha öncə Mehdi Cənnətov, Orxan Sadıqlı, Rövlan Muradov, Kamran Quliyev, Erik Sorqa, Roi Kehat və İsa Sulimanı da heyətinə qatmışdı. Elvin Bədəlov və Murad Xaçayevlə də yeni müqavilə imzalanıb. Aydın Bayramov, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Terrens Tisdell, Kərim Abubakar, Dieqo Karioka, Vurğun Hüseynov və Vüsal İsgəndərli də komandanı tərk ediblər.


