Oktavio Manteka “Sumqayıt”a lazım olmadı

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Sumqayıt” daha bir futbolçusu – Oktavio Manteka ilə yollarını ayırıb.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, “Gənclik şəhəri” təmsilçisi Manteka ilə icarə müqaviləsinin müddətini uzatmayıb. Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək kayrerasında uğurlar arzulayıb.

Xatırladaq ki, 30 yaşlı yarımmüdafiəçi 2023/2024 mövsümünün əvvəlində Bolqarıstanın “ÇSKA 1948” klubundan “Sumqayıt”a icarə əsasında keçmişdi. Oktavio Manteka ötən mövsüm Premyer Liqada 26, Azərbaycan Kubokunda 3 qarşılaşma olmaqla, ümumilikdə 29 matçda meydana çıxıb.

“Sumqayıt” daha öncə Erik Sorqa, Orxan Sadıqlı və Abu Dosso ilə də yollarını ayırdığını açıqlamışdı.