“Olimpik” “Barselona”nın futbolçusunu transfer etdi

Fransanın “Olimpik” (Marsel) klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi İspaniyanın “Barselona” klubundan Konrad De La Fuenteni transfer edib.

Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. 20 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb. O, yeni komandasında “20” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, amerikalı futbolçu “Barselona”nın yetirməsidir. O, ötən mövsüm Kataloniya klubunun əsas komandasında debüt edib. Vinger artıq ABŞ yığmasına da dəvət alır.

Xəbəri sosial şəbəkələrdə paylaş: