Ömər Aslanlı və Bilalhəbaşi Nəzərov finalda!

Azərbaycan boksçuları Ömər Aslanlı və Bilalhəbaşi Nəzərov Xorvatiyada keçirilən gənclər arasında Avropa birinciliyində finala çıxıblar.

Arena.az xəbər verir ki, Poreç şəhərində təşkil olunmuş Avropa birinciliyində yarımfinal mərhələsinin görüşləri keçirilib.

Finala gedən yolda Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb. Hər iki boksçumuz döyüşünü qələbə ilə başa vuraraq finala yüksəlib.

48 kq-da Bilalhəbaşi Nəzərov yarımfinalda Frihah İsmael Maqraou (İspaniya) ilə üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (29:28, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib. O, finalda Aleksandr Zveryevlə (Ukrayna) münasibətinə aydınlıq gətirəcək.

Ömər Aslanlı (54 kq) da adını həlledici görüşə yazdırıb. Yığma üzvü yarımfinalda bolqarıstanlı Atanas Dinkovu 5:0 (30:25, 29:26, 29:26, 30:25, 30:25) hesabı ilə məğlub edib. Aslanlı qızıl medal uğrunda Maksim Çekinlə (Ukrayna) qarşılaşacaq.

Avropa birinciliyində çempionluq döyüşləri aprelin 14-də olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: