Oreli Manqala “Xetafe”də!

Fransanın “Olimpik” (Lion) komandasının dayaq yarımmüdafiəçisi Orel Manqala bundan sonra “Xetafe”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Madrid təmsilçisi 28 yaşlı belçikalı futbolçunu icarəyə götürüb. Müqavilənin müddəti 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulub. “Xetafe”nin baş məşqçisi zəngin Avropa təcrübəsinə malik belçikalı yarımmüdafiəçinin komandanın orta xəttinə güc və əlavə seçim imkanları qatacağına ümid edir.

Orel Manqala “Anderlext”in akademiyasının yetirməsidir. O, peşəkar karyerası ərzində Avropanın bir neçə aparıcı liqasında çıxış edib. Belçikalı futbolçu Almaniyanın “Ştutqart” və “Hamburq”, İngiltərənin “Nottingem Forest” və “Everton” klublarının formasını geyinib.

Yarımmüdafiəçi 2024-cü ildən Lion “Olimpik”ində çıxış edirdi. O, əsas heyət üzvünə çevrilə bilmədiyi Fransa klubunun heyətində 13 oyuna çıxıb, 2 qola imza atıb.

Manqala 2022-ci ildən Belçika milli komandasına müntəzəm olaraq dəvət olunur. O, yığmanın hetətində 23 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: