Fransa Liqa 2-nin 33-cü turu çərçivəsində “Oser” “Amyen”lə səfər oyunuda “quru” hesablı heçə-heçə oynayıb – 0:0.
Arena.az məlumat verir ki, Burqundiya təmsilçisi üçün bu nəticə həm Liqa 2-nin çempionluğunu təmin etməyə və həm də növbəti mövsümdə Liqa 1-də iştirak etməyə kifayət edib.
Xatırladaq ki, “Oser” 2022/23 mövsümündə Liqa 2-yə yuvarlansa da, bir mövsüm sonra yenidən Liqa 1-ə qayıda bilib.
37 turdan sonra bu komanda Liqa 2-nin yarış cədvəlində 71 xalla əlçatmaz zirvədə yer alıb. “Anje” 67 xalla 2-ci, “Sent-Etyen” 65 xalla 3-cüdür. Sonuncu turda Liqa 1-ə birbaşa ikinci vəsiqənin taleyinə məhz bu iki komandanın çıxışları aydınlıq gətirəcək.
Liqa 2-də 2-ci yeri tutacaq komanda Liqa 1-ə yüksələcək. 3-cü yeri tutmuş komanda ələmə mərhələsinin oyununa yarımfinaldan qoşulacaq, 4-cü və 5-ci yeri tutmuş komandalar isə 1/4 finaldan qoşulacaqlar.
37 turdan sonra “Paris” və “Rodez” müvafiq olaraq 58 və 57 xalla 4-cü və 5-ci yerlədə qərarlaşıblar.


