Fransanın “Oser” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi elitanın digər iştirakçısı “Renn”in hücumçusu Mattis Ablini heyətinə qatıb.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. “Oser” 19 yaşlı hücumçunu 2023-cü ilin 30 iyununa kimi icarəyə götürüb.
Mattis Ablin “Renn”in öz yetirməsidir. Fransalı hücumçu bu klubun əsas komandasında 25 oyuna 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. “Renn” gənc hücumçusunu ötən mövsüm “Havr”a da icarəyə vermişdi. Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış futbolçu hazırda U-21-də forma geyinir.


