Ozan Can Kökçü “Sittard”a qarşı 28 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunda növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün 8-ci turunda “Sittard”la qarşılaşıb.

“Volendam” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Ozan bu matçın 62-ci dəqiqəsindən etibarən mübarizəyə qoşulub.

“Volendam” 8 turdan sonra 7 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. Ozan bu oyunların hamısında iştirak edib, 1 qol vurub.

Xatırladaq ki, Özan Can Kökçü bu ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: