Pablo Qaldames “Vasko da Qama”ya qoşuldu

Çilili mərkəz yarımmüdafiəçisi Pablo Qaldames tamhüquqlu müqavilə əsasında “Cenoa”dan “Vasko da Qama”nın düşərgəsinə keçib.

Arena.az bu barədə Braziliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Transfer Braziliya nəhənginə 800 min avro məbləğində başa gəlib. “Vasko da Qama” Qaldameslə müddəti cari ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Pablo Qaldames futbola “Universidad de Çili” klubunda qədəm qoyub, buradan isə “Union Espanyola”ya qoşulub. Qaldames karyerası ərzində “Veles Sarsfild”, “Cenoa” və “Kremoneze” klublarında çıxış edib.

Cari mövsümdə Qaldames “Cenoa”nın heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 4 oyun keçirib.

Çilili futbolçu böyük futbolda heç bir qənimət qazanmayıb.

Qaldames 2017-ci ilin yanvarında debüt etdiyi Çili yığmasının heyətində 12 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 27 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: