Paolo Maldini “Milan”dan gedişi haqda danışdı

“Milan”ın əfsanəvi futbolçusu və “rossoneri”nin sabiq texniki direktoru Paolo Maldini klubdan gedişi haqda danışıb.

Arena.az “La Repubblica” dərgisinə istinadən, Maldinin bu barədə fikirlərini təqdim edir:

“Milan”ın rəhbərləri Çempionlar Liqasını qazanmaq üçün layihə tələb etdilər. Mən onlara təqdim etdim, amma onlar mənə cavab vermədilər. Çünki klubun sahibi Kardinale artıq məni işdən çıxarmaq qərarına gəlibmiş.

Mən uğursuz De Ketelare transferi ilə bağlı tənqidləri görmüşəm, amma yaxşı xatırlayıram ki, Leao, Bennaser və Teo Ernandes üçün sövdələşmələr düzgün qiymətləndirilmədi. Mənə dedilər ki, yay üçün transfer büdcəsi az olacaq. Mən gedəndən sonra isə bu, ikiqat artıb”, deyə Maldini aldanıldığı və yola verildiyi kollektivdə işləmək fikrində olmadığını başa düşməyə əsas verib.

Xatırladaq ki, 2018-ci ilin avqustunda Maldini “Milan”da klubun inkişafı üzrə direktor təyin edilmişdi. Bir il sonra isə texniki direktor vəzifəsini almışdı. İtalyan mütəxəssis 2022 “Golden Boy” mükafatının təqdimetmə mərasimində “Ən yaxşı avropalı menecer” mükafatı ilə təltif edilmişdi. Paolo Maldini 2023-cü ilin iyununda “Milan”ın texniki direktoru vəzifəsini tərk edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: