Paolo Maldini “Milan”dan qovuldu

Milan”ın əfsanəvi müdafiəçisi, idman direktoru vəzifəsində çalışan Paolo Maldini və onun sağ əli Riki Massara klubdan qovulublar.

Arena.az xəbər verir ki, bu barədə italyan jurnalist-insayder Canluka Di Marsio məlumat verib.

Onun yazdığına görə, Maldini ilə Massara klubun sahibi, “RedBird” şirkətinin rəhbəri Cerri Kardinale ilə gərgin görüşdən sonra postlarından kənarlaşdırılıblar.

İyunun 5-də keçirilən görüşün məqsədi klubun növbəti mövsüm üçün strategiyasını müəyyən etməli idi. Ancaq söhbət gərgin ab-havada keçib və Maldini ilə Kardinale arasında münaqişə ilə yekunlaşıb. Nəticədə, Maldini və köməkçisi Massara vəzifəsindən azad ediliblər. Bu qərar isə, Maldinin transferlər və müqavilə danışıqlarına cavabdeh olduğu “Milan”ın idarəetmə strukturunun tam yenidənqurmasına səbəb olacağı deməkdir.

İtaliya mətbuatının yazdığına görə, Maldininin qovulması Rafael Leao ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar prosesinin son mərhələsində daha mühüm rol oynayan klubun baş direktoru Corcio Furlani ilə mübarizəsinin nəticəsinə dayanır.

Hər halda, bunun “Milan” azarkeşləri üçün ağrılı bir zərbə olması vurğulanır. Çünki Paolo Maldini karyerası boyunca “Milan”da əvvəlcə, oyunçu kimi, 2018-ci ildən isə direktor kimi çalışıb. Bütünlüklə “Milan”a bağlı əfsanə ilə müvafiq davranış İtaliyada birmənalı qarşılanmayıb.