İtalyan mütəxəssis Paolo Vanoli “Venesiya”nın rəhbərliyi ilə qarşılıqlı razılaşma əsasnda komandanın sükanı arxasından gedib.
Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Vanoli məşqçilik karyerasına 2007-2009-cu illərdə “Domelyara”da işlə başlayıb. Ardınca, 2010-2016-cı illərdə Vanoli İtaliyanın kiçik yaş qrupları üzrə sitemində – U-16, U-17, U-18 və U-19 yığmalarına rəhbərlik edib. 2016-2021-ci illər aralığında Vanoli İtaliya yığmasının, “Çelsi”nin və “İnter”in texniki heyətində çalışıb. 2021/2022-ci illər mövsmündə italyan mütəxəssis Moskva “Spartak”nı çalışdırıb.
“Venesiya”nı isə “Vanoli” 2022-ci ilin noyabrında qəbul edib və “laqunalılar”ı İtaliya A Seriyasına yüksəldib. Sözügedən komanda 2024/2025-ci illər mövsümündə məhz A Seriyasında çıxış edəcək. Amma bu, Vanolinin sözügedən klubu tərk etməsinə mane olmayıb.
“Venesiya” italyan mütəxəssisin rəhəbərliyi altında meydana çıxdığı 70 oyunda 35 qələbə qazanıb, 15 heç-heçə edib, 20 məğlubiyyət alıb. “Laqunalılar”ın top fərqi isə 118:86 nisbətindədir.
Paolo Vanolinin qəimətlər muzeyində “Çelsi” ilə İngiltərə Kuboku (2017/2018) və “Spartak”la Rusiya Kuboku (2021/2022) var.
Daha əvvəl mətbuatda, Paolo Vanolinin tezliklə “Torino”nun baş məşqçisi olacağı haqda məlumat yayılmışdı.


