İtaliyalı futbol mütəxəssisi Paolo Zanetti A Seriyası təmsilçisi “Verona”nın yeni baş məşqçisi təyin olunub.
Arena.az xbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb. O, “Verona”nın baş məşqçisi postunda Marko Baronini əvəz edib. Hansı ki, Baroni bir neçə gün öncə “Verona”dan ayrılaraq “Latsio”nun baş məşqçisi təyin edilib.
Son olaraq “Empoli”də çalışmış Paolo Zanetti 2023-cü ilin sentyabrından bəri işsiz idi. O, karyerası ərzində “Venetsiya”, “Askoli”, “Südtirol”, “Recina” kimi klublarda da baş məşqçi kimi çalışıb.
“Verona” geridə qalmış 2023/2024 mövsümündə İtaliya A Seriyasında 38 oyuna topladığı 38 xalla 13-cü yeri tutub.


