Patrik Vieyra: “PSJ-nin tərəfdarı olmuşam, amma…”

Fransa yığmasının keçmiş yarımmüdafiəçisi Patrik Vieyra UEFA Çempionlar Liqasının final qarşılaşmasından gözləntilərini açıqlayıb.

Məlum olduğu kimi, UEFA Çempionlar Liqasının cari mövsümünün finalında İtaliyanın “İnter” və Fransanın PSJ komandaları qarşılaşacaqlar.

Arena.az xəbər verir ki, Patrik Vieyra həlledici oyunda kimə azarkeşlik edəcəyi barədə suala belə cavab verib:

“Mən Münhendəki finala yollanacağam. Uşaqlıqda Parisə gəlmişəm və dərhal PSJ-ni sevmişəm, mən onun pərəstişkarı olmuşam. Amma məndə “İnter”in də bir hissəsi var. Mən Milanda üç il yarım keçirmişəm, bu isə gözəl vaxt idi”, deyə Vieyra vurğulayıb.

Xatırladaq ki, PSJ – “İnter” oyunu mayın 31-də Münhenin “Alyans Arena” stadionunda baş tutacaq.

Patrik Vieyraya gəlincə, ötənlərin məşhur futbolçusu karyerası ərzində “Kann”, “Milan”, “Arsenal”, “Yuventus”, “İnter”, “Mançester Siti” kimi klublarda çıxış edib. Hazırda isə o, İtaliyanın “Cenoa” komandasının baş məşqçisidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: