Patrik Vieyra – Seneqal millisinin yeni baş məşqçisi!

Futbol üzrə Fransa milli komandasının sabiq yarımmüdafiəçisi, 40 yaşlı Patrik Vieyra Seneqal yığmasının baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Seneqal Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Fransalı mütəxəssis bu postda Pape Tyavı əzəv edib. Amma onunla müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Xatırladaq ki, Patrik Vieyra son olaraq İtaliyanın “Cenoa” komandasının baş məşqçisi olub. O, 2024-cü ilin noyabrında baş məşqçi təyin edildiyi İtaliya klubundan düz bir il sonra ayrılıb. Bir sözlə, Vieyra 2025-ci ilin noyabrından bəri işsiz idi.

Fransalı məşqçi daha öncə “Strasburq”, “Kristal Pelas”, “Nitsa” və “Nyu York Siti” kimi klublarda da baş məşqçi kimi çalışıb.

Seneqal millisinə gəlincə, bu komanda Pape Tyavın rəhbərliyi altında DÇ-2026-nın 1/16 finalında, əlavə vaxtda Belçikaya 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: