İtaliyanın “Yuventus” klubu Argentina milli komandasının hücumçusu Paulo Dibala ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.
28 yaşlı futbolçu ilə başa çatan müqavilənin müddəti artırılmayıb. Turin təmsilçisi xidmətlərinə görə təcrübəli oyunçuya təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Paulo Dibala 2015-ci ildən “Yuventus”da çıxış edirdi. Argentinalı futbolçu həmin vaxt “Palermo”dan Turin klubuna transfer olunmuşdu. Dibala geridə qalan mövsümdə bu komandanın heyətində meydana çıxdığı 38 oyunda 115 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Yuventus” karyerası ərzində isə bütövlükdə 293 matçda 115 qola imza atıb. Argentina yığmasında 34 oyun keçirmiş hücumçu, cəmi 3 qol müəllifi olub.



