Portuqaliya millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Pedro Neto mövsümün cari mərhələsindəki oyun formasını qiymətləndirib.
Arena.az xəbər verir ki, 24 yaşlı vinger yerli mətbuata açıqlamasında bunları söyləyib:
“Hələ ən yaxşı formamda deyiləm. Mövsümöncəsi çox az məşq etmişəm, amma həmişə demişəm ki, zirvəyə çatmaq və daha yaxşı futbolçu olmaq üçün çox çalışmaq niyyətindəyəm”, deyə Neto vurğulayıb.
Xatırladaq ki, Neto “Çelsi”yə bu ilin avqust ayında “Vulverhempton”dan keçib. “Zadəganlar” bu transferi 60 milyon avroya rəsmiləşdiriblər. 24 yaşlı sağ vinger yeni klubu ilə 7 illik (2031-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb.
Pedro bu mövsüm “Çelsi”nin heyətində 9 oyuna çıxıb. O, bu oyunlarda 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Neto “Vulverhempton”dan öncə “Braqa” və “Latsio”da çıxış edib. Yarımmüdafiəçi Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. 2020-ci ilin noyabr ayında əsas millidə debüt etmiş futbolçu, Portuqaliya yığmasında 12 oyuna 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı müdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


