Futbol Kralı Pelenin təsis etdiyi Fond Braziliya A Seriyasını tərk etmiş “Santos” futbol klubuna dəstək nümayiş etdirib.
Arena.az bu barədə “Pele Fondu”nun rəsmi “X” sosial şəbəkə hesabına istinadən məlumat verir:
“Qələbə nə qədər çətin olarsa, qələbənin sevinci də bir o qədər çox olar. “Santos” qeyd-şərtsiz sevgi, vəsvəsə, təsvirolunmaz ehtiras olaraq qalacaq. Klub daha güclü və birləşərək qayıdacaq, çətinliklərə rəğmən, onları dəf edib yenidən qalib gələcək. Biz həmişəlik “Santos” olaraq qalacağıq”, – “Pele Fondu”nun “Santos”a dəstək ismarışında deyilir.
Xatırladaq ki, “Santos” tarixində ilk dəfə Braziliya çempionatının aşağı divizionuna yuvarlanıb. Klub tarixi ərzində səkkiz dəfə (1961, 1962, 1963, 1964, 1965, 1968, 2022, 2004) Braziliya çempionatının, həmçinin üç dəfə (1962, 1963, 2011) Libertadores Kubokunun qalibi olub. “Santos” Futbol Kralı Pelenin dövründə dünya futbol tarixinin ən qüvvətli komandası olaraq əlamətdardır. Klub qənimətlərinin böyük bir qismini məhz əfsanəvi Pelenin sayəsində qazanıb.


