Peter Federiko “Real”ı “Xetafe”yə dəyişdi

Madrid “Real”ının sağ vingeri Peter Federiko bundan sonra İspaniyanın digər klubu “Xetafe”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. “Xetafe” bu transfer üçün “Real”a 2 milyon avro ödəyib.

Peter Federiko “Real”ın yetirməsidir. Yarımmüdafiəçi Madrid klubunun əsas komandasının heyətində cəmi 3 oyuna çıxıb. O, 2023/2024 mövsümünün ikinci hissəsində “Valensiya”da icarədə də olub. Federiko “Valensiya”nın heyətində keçirdiyi 15 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı Madriddə dünyaya göz açmış dominikanlı vingerin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: