Petkoviç və Ranqnikdən 3:3 hesablı heç-heçəyə şərh

Əlcəzair millisinin baş məşqçisi Vladimir Petkoviç DÇ-2026-nın qrup mərhələsinin son turunda Avstriyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların 6 qolluq görüşündə qalib müəyyənləşməyib – 3:3.

Petkoviç oyundan sonra futbolun qalib gəldiyini bildirib. Mütəxəssis dramatik keçən qarşılaşmanı belə dəyərləndirib:

“Bu oyun bir növ hər kəsin dözümlülük sərhədlərini aşdı. Sonda məhz futbolun qalib gəlməsinə çox şadam. 3:3 hesabı hər şeyi ifadə edir. İndi bir qədər dincələcəyik, sonra isə növbəti mərhələyə hazırlaşmağa başlayacağıq”, – deyə o bildirib.

Baş məşqçi 1/16 finalda qarşılaşacaqları İsveçrə millisi barədə də fikirlərini bölüşüb:

“İsveçrə güclü komandadır. Heyətdə yeni simalar olsa da, onları yaxşı tanıyıram. Bəzi futbolçular mənim rəhbərliyim altında çıxış ediblər. Buna görə də həmin oyunçular haqqında kifayət qədər məlumatım var”, – deyə mütəxəssis vurğulayıb.

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik isə komandasının oyunun son anlarında nümayiş etdirdiyi əzmkarlığı xüsusi qeyd edib:

“Düzünü desəm, son 90 saniyədə baş verənlərə görə söz tapa bilmirəm. Əsas vaxt demək olar ki, başa çatmışdı. Lakin etdiyimiz əvəzetmədən sonra oyuna qayıtmağı bacardıq. Bu, həqiqətən inanılmazdır”, – deyə Ranqnik bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: