Keçmiş UFC döyüşçüsü Peyc Vanzant etirafı və maraqlı açıqlaması ilə gündəmi zəbt edib. Arena.az xəbər verir ki, Vanzant “Only Stans”ın “Youtube” kanalına müsahibəsində böyüklər üçün saytda – “OnlyFans”da gün ərzində bütün döyüşləri üçün aldığı məbləğlərin cəmindən daha çox pul qazandığını etiraf edib.
“Qeyd edərdim ki, 24 saat ərzində “OnlyFans”da bütün döyüş karyeramda qazandığımdan daha çox pul qazandım. Bəli, mənim üçün çətin idi. Bilirsiniz, məni ləkələyəcəklərindən narahat idim, amma indi ondan əl çəkmək mənim üçün çətindir. Mənə elə gəlir ki, kasıb ailədə doğulub kasıb böyüyəndə, amma sonra varlananda, özünü kasıb hiss etməyə davam edirsən. Sən həmişə çox çalışmaq istəyirsən və mənim, ailəmə kömək edə bildiyim üçün bəxtim gətirib. Ərim və mən ailəmizə kömək edirik və onların hamısını eyni masa ətrafına toplamaq üçün əlimizdən gələni edirik. Fikrimcə, bu, xüsusi məzmun yaratmağa bəraət verir. Çünki bilirəm ki, ətrafımdakı hər kəsin qayğısına qalmağa kömək edirəm.
Məni zəngin adlandırmaq olar? Güman edirəm ki, hə”, deyə Peyc Vanzant mövzuya nikbin ruhda xitam verib.
Xatırladaq ki, UFC-də qazanc artıq neçənci dəfədir bu və ya digər şəkildə müzakirə edilir. Döyüşçülər daha çox qazanmaq imkanına malik olduqlarını, amma rəhbərliyin və təşkilatçıların tamahkarlığı ucbatından daha az qazandıqlarını dəfələrlə vurğulayıblar.




:quality(70)/cloudfront-us-east-1.images.arcpublishing.com/metroworldnews/DFT2JDQH6FDPFC6J4II3H7YHVM.jpg)




