Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasının 4-cü turunun “Qarabağ” – “Neftçi” oyunundan maraqlı görüntülər paylaşıb.
Arena.az xəbər verir ki, görüntülərdə oyunu idarə edən hakimlərin öz aralarındakı danışıqları yer alıb.
Qeyd edək ki, Peşəkar Futbol Liqasının çəkiliş qrupu ilk dəfə Azərbaycan Premyer Liqasının oyununda hakimlər briqadasının işini işıqlandırıb. Görünən və görünməyən bütün məqamlar, hakimlər arasında dialoqlar, emosiyalar və daha çoxunu ilk dəfə PFL-in obyektivindən izləyə bilərsiniz:
Xatırladaq ki, “Qarabağ” – “Neftçi” oyununun (4:0) baş hakimi Əliyar Ağayev olub. Ona yan xətt hakimləri Zeynal Zeynalovla Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Əli Əliyev yerinə yetirib.