Pioli “Milan”ı Avroliqanın favoritləri arasında görmür

“Milan”ın baş məşqçisi Stefano Pioli Avropa Liqasının cari mövsümündə qalibiyyətə əsas namizədlər haqda fikir mübadiləsi aparıb.

Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Avrokuboklarda oyunlar həmişə çətin olur. Əlbəttə ki, Çempionlar Liqası daha yuxarı səviyyədir, amma Avropa Liqasının iştirakçılarının tərkibinə baxsanız, burada təkcə “Bayer” yox, “Liverpul” və digər böyük komandalar da var. “Milan”ın bu kuboku heç vaxt qazanmadığı bizə əlavə ilham verir.

Özünü favorit hesab etməzdən əvvəl 1/8 finala yüksəlməlisən. “Bayer”, “Liverpul” və “Atalanta” yarışın əsl favoritləridir”, deyə Pioli vurğulayıb.

Xatırladaq ki, “Milan” Avropa Liqasının 1/16 final mərhələsində Fransanın “Renn” komandası ilə mübarizə aparacaq. İlk oyun bu gecə keçiriləcək. Milanda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: