Pirlo Alleqrinin qovulması haqda sualı sərt cavabladı

Andrea Pirlo Massimiliano Alleqrinin “Yuventus”un baş məşqçisi vəzifəsindən qovulması ilə bağlı fikir bildirməkdən imtina edib.

Arena.az xəbər verir ki, hazırda “Sampdoriya”nı çalışdıran italyan mütəxəssis, jurnalistin Alleqrinin “Yuventus”un baş məşqçisi vəzifəsindən qovulması ilə bağlı sualını bəyənməyib.

Pirlonun bu xüsusda cavabını təqdim edirik:

“Bağışlayın, amma mənə elə gəlir ki, pley-off oyunlarında ələndikdən sonra başqa komanda haqqında danışmağın vaxtı deyil (“Sampdoriya” A Seriyasına yüksəlmək üçün ələmə mərhələsində “Palermo”ya uduzub – redaktorun qeydi). Mənim öz fəsadların və fikirlərim var, ona görə də indi başqa klub haqqında danışmaq istəmirəm. Hazırda mən məyusam və burada baş verənlər barədə düşünməyə üstünlük verirəm”, deyə Pirlo bildirib.

Xatırladaq ki, Andrea Pirlo 2023-cü ilin iyun ayından “Sampdoriya”ya rəhbərlik edir. 45 yaşlı mütəxəssis bu komandanı indiyə qədər 41 oyuna çıxarıb. “Sampdoriya” bu görüşlərdə 17 qələbə qazanıb, 9 heç-heçə edib, 15 məğlubiyyətə üzülüb.

Pirlo məşqçiliyə futbolçu kimi uzun illər formasını geyindiyi “Yuventus”da başlayıb. O, Turin klubunda əvvəlcə U-23 komandasına rəhbərlik edib. 2020-ci ilin avqust ayında isə klub rəhbərliyi ona əsas komandanı tapşırıb. Pirlo “ağ-qaralar”ı bütövlükdə 52 oyuna çıxarıb. Bu görüşlərdə 34 qələbə qazanmış turinlilər 10 oyunda heç-heçə ediblər, 8 matç məğlubiyyətlə yekunlaşıb.

İtalyan mütəxəssis “Sampdoriya”dan öncə Türkiyədə “Fatih Karagümrük” komandasını da çalışdırıb.

Sonda onu da xatırladaq ki, “Yuventus” rəhbərliyi “Atalanta” ilə kubokun final oyunundan sonra baş verənlərə görə Alleqrini qovmağa qərar verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: