Britaniyalı jurnalist və televiziya aparıcısı Pirs Morqan futbol üzrə Portuqaliya milli komandasının baş məşqçisi Jorje Jesusu sərt tənqid edib.
Arena.az xəbər verir ki, o, təcrübəli mütəxəssisin Kristiano Ronaldo ilə bağlı qərarına bu sözlərlə münasibət bildirib:
“Necə də təkəbbürlü axmaqdır. Jezus heç vaxt Portuqaliya millisində oynamaq üçün kifayət qədər yaxşı olmayıb, indi isə ölkə tarixinin ən böyük futbolçusunu alçaltmaqdan zövq alır”, – deyə Pirs Morqan yazıb.
Qeyd edək ki, Portuqaliya millisindəki gərginlik UEFA Millətlər Liqasının 3-cü turunda Danimarka ilə oyundan əvvəl gündəmə gəlib. Daha əvvəl Kristiano Ronaldo baş məşqçi ilə aralarında fikir ayrılığı olmadığına dair açıqlamalara baxmayaraq, o, milli komandanın məşqini vaxtından əvvəl tərk edib.
Daha sonra Jorje Jezus mətbuat konfransında Ronaldonun Danimarka ilə oyunda start heyətində yer almaya biləcəyinə işarə edib. Bundan sonra 41 yaşlı hücumçu milli komandanın düşərgəsini vaxtından əvvəl tərk etmək qərarına gəlib.
Portuqaliya mətbuatında isə Ronaldonun milli komandadakı karyerasını tamamilə başa vurmağı planlaşdırdığı barədə məlumatlar yayılıb.


