İngiltərə Premyer Liqasında mübarizə aparan “Şeffild Yunayted” komandasının baş məşqçisi Pol Hekinqbottom istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
46 yaşlı mütəxəssislə yanaşı, köməkçiləri Stüart Makkal və Mark Hadson da komanda ilə vidalaşıb.
Bu, İngiltərə Premyer Liqasının 2023/2024 mövsümündə ilk baş məşqçi istefasıdır. İstefaya sözügedən komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, “Şeffild Yunayted” bu mövsüm Premyer Liqa çərçivəsində keçirdiyi 14 oyunda cəmi 1 qələbə qazanıb, 2 heç-heçə edib, 11 qarşılaşmadan məğlub ayrılıb. Cəmi 5 xal toplamış kollektiv 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
Pol Hekinqbottom 2021-ci ilin noyabr ayından “Şeffild Yunayted”in “sükanı arxasında” çalışırdı. O, 2022/2023 mövsümünün yekunlarına əsasən komandanı Premyer Liqaya çıxarmışdı. İngilis məşqçi daha öncə “Barnsli”, “Lids” və “Hibernian”a da rəhbərlik edib.


