Hazırda azad agent qismində olan fransalı mərkəz yarımmüdafiəçisi Pol Poqba futbolçu karyerasını bitirmək haqda düşünübmüş.
Arena.az GQ dərgisinə istinadən məlumat verir ki, fransalı futbolçu dopinq cəzası ilə üzləşdiyi zaman bu qərarla bağlı çox götür-qoy edib:
“Əgər mən dörd illik cəza alsaydım, futbol oynamağı boşlayardım. Mən bu haqda ictimai açıqlama vermək istəmirdim, amma məhz belə düşünürdüm.
Mən topu götürər və küçədə öz-özümlə oynayardım. Malik olduğuma qane idim. Amma mən Turində qalmaq istəmirdim. Səhərlər mən öz uşaqlarımı məktəbə aparırdım, bu isə düz məşq meydançasının qarşısında idi – ağrıya bir bax. Mən, onların mənə niyə mütləq cəza müddəti verdiklərini anlamırdım. Bu isə onların, mənim dediklərimə həqiqətən qulaq asmadıqları demək idi.
Başıma gəlmiş xüsus məni dəyişdi. Mən əsl həyatın nə demək olduğunu gördüm. Bu, büsbütün təmizlənmə idi. Mən qəfildən 10 il qocaldım”, deyə Poqba vurğulayıb.
Xatırladaq ki, 2024-cü ilin fevralında Poqba antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilmişdi, sonra bu müddət 18 aya endirilmişdi. Lozanna İdman Arbitraj Məhkəməsinin (CAS) qərarına əsasən, fransalı futbolçu 2025-ci ilin yanvarında məşqlərə qayıtmaq hüququna malik idi, mart ayından etibarən isə Poqba futbola qayıda bilərdi ki, bu, artıq məlum olduğu kimi, baş verdi. Poqba sonuncu dəfə 2023-cü il sentyabrın 3-də meydana çıxıb.
Əlavə edək ki, ötən ilin noyabr ayının 30-da Poqbanın “Yuventus”la müqaviləsinə rəsmən xitam verilib və fransalı futbolçu azad agentə çevrilib. Poqbanın “byankoneri” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə idi. Turin klubu fransalı futbolçunun əvvəlki əzəmətinə etimadını itirdiyi üçün Poqba ilə ayrılmaq qərarına gəlib. Buna rəğmən, Poqba uğursuzluqlardan geri-dönüşünə iddialıdır, xeyli müddət futbolsuz qalmış yarımmüdafiəçi məşq edir, öz üzərində çalışır.
Pol Poqba “Yuventus”a 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən keçmişdi. Pol “byankoneri”nin heyətində ümumilikdə 190 oyuna çıxıb, 34 qol vurub və 41 məhsuldar ötürmə verib.
Pol Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. Poqba “xoruzlar”la, 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.


