İtaliyanın “Yuventus” klubunun fransalı mərkəz yarımmüdafiəçisi Pol Poqba “qoca sinyora”nın ən ödənişli futbolçusudur.
Arena.az xəbər verir ki, bu barədə İtaliyanın “Calcio e Finanza” nəşri məlumat yayıb.
Belə ki, nəşr “Yuventus” futbolçularının maaşları ilə bağlı məlumat dərc edib. Siyahıda Poqba Turin təmsilçisinin ən ödənişli futbolçusu kimi göstərilib. Fransalı ulduz mövsümə təxminən 8 milyon avro qazanır. Serb mərkəz hücumçusu Duşan Vlahoviç və fransız mərkəz yarımmüdafiəçisi Adrien Rabyo hər biri mövsümə 7 milyon avro məbləğində məvacib alırlar. Ümumilikdə, “byankoneri” vergilərin çıxılmasına qədər ildə 121,4 milyon avro xərcləyir.
“Yuventus”un ən çox maaş alan futbolçularının onluğunu təqdim edirik:
- Pol Poqba – 8 milyon avro (maaş məbləği vergilərin ödənilməsindən sonra qeyd edilib);
- Duşan Vlahoviç – 7 milyon avro;
- Adrien Rabyo – 7 milyon avro;
- Voytsex Şensnı – 6,5 milyon avro;
- Aleks Sandro – 6 milyon avro;
- Federiko Kyeza – 5 milyon avro;
- Bremer – 5 milyon avro;
- Danilo – 4 milyon avro;
- Arkadiuş Milik – 3,5 milyon avro;
- Daniele Ruqani – 3,5 milyon avro.


