DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turu çərçivəsində İngiltərə ilə qarşılaşacaq Polşa yığması ciddi itki ilə üzləşib.
Arena.az xəbər verir ki, Polşa millisinin hücumçusu Robert Levandovski sıradan çıxıb.
Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu zədə səbəbindən İngiltərə ilə matçı buraxacaq.
Levandovski DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Andorra ilə oyunda (3:0) sıradan çıxıb. Bu üzdən qarşılaşmanın 63-cü dəqiqəsində əvəzlənən futbolçunun bir müddət yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.
Qeyd edək ki, Levandovski Andorra ilə görüşdə dubla imza atmışdı. Almaniyanın “Bavariya” klubunda çıxış edən futbolçu ilk turda Macarıstanla səfər matçında (3:3) da 90 dəqiqə oynamış və 1 qolla yadda qalmışdı.
Qeyd edək ki, Polşa yığması martın 31-də səfərdə İngiltərə milli komandasının qonağı olacaq.


