“Yuventus”un fransalı mərkəz yarımmüdafiəçisi Pol Poqbanın 2022-ci ildə qaçırılmasını futbolçunun uşaqlıq dostu Adama K. təşkil edib.
Arena.az bu barədə nüfuzlu “Ekip” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, hadisə 2022-ci il martın 19-dan 20-nə keçən gecə baş verib. Gecə yarısına yaxın bir neçə dost Poqbanı Parisin kənarındakı mənzilə aparıblar. Onlar səhər saat dördə qədər mənzildə qalıblar və futbolçunun telefonu söndürülərək götürülüb. Eyni zamanda iki kişi başlıq və zireh geyinib, onların üzərində isə silahları olub. Onlar Poqbaya tapança tuşlamaqla, futbolçudan 13 milyon avro məbləğ tələb ediblər.
Polis daha sonra hadisələr baş verən gecə Poqbanın dostu Adama K.-nin mənzildə olmasını ismarışlar vasitəsilə yoxlaya bilib. Bu, Adama K. və Mamadu M., eləcə də futbolçunun digər dostu arasında yazışmaların olduğu “WhatsApp”da ismarışların yoxlanılması ilə müəyyən edilib.
İsmarışların birində Adama K. Mamadu M.-ə “məsləhət” də verib: “Möhkəm kötəkləmək gərəkdir”.
Xatırladaq ki, Pol Poqbanın dostu Adam K. 2023-cü ilin martında Dubaya səfəri zamanı həbs edilib.


