Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün 14-cü turunun bir oyununun başlama saatı dəyişdirilib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Səbail”in ev oyunlarını keçirdiyi “Bayıl Arena”nın elektrik təchizatında problem yarandığı üçün Premyer Liqanın 14-cü turunun oyun cədvəlində dəyişiklik edilib. “Səbail”in müraciəti əsasında “Kəpəz” klubu PFL tərəfindən məlumatlandırılıb və əvvəlcədən 18:30-da başlanması nəzərdə tutulan oyunun 14:00-da başlanmasına qərar verilib.
Bundan əlavə, 16-cı turun “Zirə” – “Araz Naxçıvan” oyununun startı 18:00-dan 17:00-a keçirilib. PFL bunun təşkilati məsələlərlə bağlı olduğunu diqqətə çatdırıb.


