“Qarabağ” “Tvente” səddinə ilişdi, avrokuboklarla vidalaşdı

Azərbaycanı Konfrans Liqasında təmsil edən “Qarabağ” bu gün sözügedən turnirin 2026/27 mövsümündə növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Ağdam klubu bu turnirin pley-off mərhələsində Niderlandın “Tvente” komandası ilə üz-üzə gəlib.

Bu komandalar arasındakı ilk qarşılaşma bir həftə öncə Enshede şəhərində keçirilmiş və Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Ağdam klubuna turnirin əsas mərhələsinə vəsiqə qazanmaq üçün cavab görüşündə hətta heç-heçə də bəs edirdi.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilmiş oyunu Norveçdən olan hakimlər briqadası idarə edib. Görüşün baş hakimi Rohit Saqqi olub.

Qarşılaşmanın ilk hissəsi qolsuz bitib. İlk saatın tamamında Ağdam klubu hesabı açıb. Səfərdə olduğu kimi, ev oyununda da “Tvente”ni Kadi Borges cəzalandırıb. Amma Qurban Qurbanovun kollektivi bu cür üstünlüyü sonadək qoruya bilməyib. Son 10 dəqiqədə qapısından iki top buraxmış Azərbaycan təmsilçisi oyunun əlavə vaxta getməsinə şərait yaradıb. Əlavə vaxtda daha iki qol vurmuş “Tvente” turnirin əsas mərhələsinə vəsiqə qazanıb.

Azərbaycanı uzun illərdir avrokubokların qrup və liqa mərhələsində təmsil edən “Qarabağ” isə bu il oxşar uğuru təkrarlaya bilməyib. Beləcə, Ağdam klubunun uğurlu seriyası bu il qırılıb.

Avropa Konfrans Liqası
Pley-off mərhələsinin cavab oyunu
27 avqust

Qarabağ – Tvente 1:4
Qollar: Kadi Borges, 59 – Marko Pyaça, 79. Maks Bruns, 90+2. Vout Veqhorst, 94. Yunes Taha, 115.
Qırmızı vərəqə: Marko Yankoviç, 106.
Hakimlər: Rohit Saqqi, Anders Olav Dale, Ole Andreas Haukasen, Marius Hansen Qrotta (hamısı Norveç).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 23. Martin Zlomisliç, 2. Mateus Silva, 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 7. Jali Muaddib, 8. Marko Yankoviç, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 55. Bədavi Hüseynov (k), 88. Samuel Lobato.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateus Koxalski, 9. Xoni Montiel, 13. Bəhlul Mustafazadə, 18. Dani Bolt, 25. Cebrail Makreçkis, 32. Hikmət Cəbrayılzadə, 35. Pedro Bikalyo, 49. Əli Bəşirov.
Baş məşqçi: Qurban Qurbanov.

Tvente: 1. Lars Unnerstal, 3. Robin Pröpper (k), 6. Ramiz Zerruki, 9. Vout Veqhorst, 11. Daan Rots, 19. Yunes Taha, 27. Sondre Oryaseter, 28. Bart van Roy, 38. Maks Bruns, 42. Dauda Veydmann, 43. Rud Neystad.
Ehtiyat oyunçular: 16. Yoel Drommel, 22. Remko Pasver, 4. Matias Kyolo, 7. Marko Pyaça, 12. Gilyerme Peyşoto, 17. Filip Torvaldsen, 20. Van Den Belt, 24. Kristof Kurovski, 25. Venneqor of Hesselink, 26. Benjamin Naqel, 29. Aske Adelqor, 39. Jip Meilink.
Baş məşqçi: Con van den Brom.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: