Futbol üzrə Haiti millisinin hücumçusu Vilson İsidor İngiltərənin “Sanderlend” klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı forvardın yeni müqaviləsi 2030-cu ilə qədər qüvvədə olacaq.
İsidor ötən mövsüm bütün turnirlərdə 36 oyunda iştirak edib və 6 qol vurub.
2026/27 mövsümünün İngiltərə Premyer Liqasının ilk turunda “Sanderlend” səfərdə “İpsviç”ə 1:2 hesabı ilə uduzub. Komanda növbəti oyununu avqustun 30-da doğma meydanda “Fulhem”ə qarşı keçirəcək.
Vilson İsidor Rusiyada “Lokomotiv” və “Zenit”in formasını geyinib. Sankt-Peterburq klubunun heyətində Rusiya çempionu olmaqla yanaşı, ölkə kuboku və super kubokunu da qazanıb.


