Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, tədbirdə ilk turda üz-üzə gələcək komandalar müəyyənləşiblər.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 14-də start verilməsi nəzərdə tutulub. Yeni mövsümün tam təqvimi isə daha sonra müəyyənləşəcək.
Xatırladaq ki, 2026/2027-ci illər mövsümündə də Premyer Liqa 12 komandanın iştirakı ilə təşkil ediləcək. Ötən mövsümün yekunlarına görə “Karvan” elitanı tərk edib. Sözügüdən komandanı yeni mövsümdə elitada “Şəfa” əvəz edəcək.
Ötən mövsüm “Sabah” Azərbaycan çempionatının qalibi olub. “Qarabağ” gümüş, “Turan Tovuz” bürünc medallara sahib çıxıb.
Premyer Liqa
1-ci tur
Araz-Naxçıvan – İmişli
Kəpəz – Sabah
Şamaxı – Qarabağ
Turan Tovuz – Qəbələ
Sumqayıt – Neftçi
Zirə – Şəfa


