Premyer Liqa: 3-cü turun oyun təqvimi açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 3-cü turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

3-cü turun matçları avqustun 29-da 30-da və 31-də keçiriləcək. Hər oyun günündə iki qarşılaşma baş tutacaq. Tura Qəbələ və Sumqayıtdakı oyunlarla start veriləcək, eyni şəhərlərdəki görüşlərlə də yekun vurulacaq.

Azərbaycan, Premyer Liqa
3-cü tur

29 avqust

“Qəbələ” – “Şamaxı”
Qəbələ şəhər stadionu, 18:00.

“Şəfa” – “İmişli”
“Sumqayıt Arena”, 20:15.

30 avqust

“Kəpəz” – “Turan Tovuz”
Gəncə şəhər stadionu, 18:00.

“Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu, 20:15.

31 avqust

“Araz-Naxçıvan” – “Sabah”
Qəbələ şəhər stadionu, 18:00.

“Sumqayıt” – “Qarabağ”
“Sumqayıt Arena”, 20:15.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: