Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 1-ci turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Qəbələdə baş tutub.
Bu mövsüm ev oyunlarını Qəbələ şəhər stadionunda keçirməyə qərar vermiş “Araz-Naxçıvan” burada “İmişli”ni qəbul edib. FİFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda qapılara qol vurulmayıb. Beləcə, əyalət təmsilçiləri yeni mövsümə qolsuz start veriblər.
Premyer Liqa
1-ci tur
15 avqust
“Araz-Naxçıvan” – “İmişli” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Ruslan Quliyev.
Qəbələ şəhər stadionu, 18:30.
Araz-Naxçıvan: 1. Artur Auqusto, 7. Rövlan Muradov, 29. Ceyhun Nuriyev, 8. Mustafa Əhmədzadə, 6. Patrik Andrade (k), 17. İssuf Paro, 11. Məhəmməd Mara, 12. Bruno Franko, 5. Luka Dumançiç, 23. Alberto Fernandes, 19. Abdallah Sudi.
Ehtiyat oyunçular: 99. Tərlan Əhmədli, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 13. Qabil Əlizadə, 2. Abdulla Rzayev, 22. Rəşad Həsənov, 9. Ağadadaş Salyanski, 21. İbrahim Piriyev, 77. Nihat Mehralıyev, 27. Boyan Letiç, 36. Mamadu Kane.
Baş məşqçi: Zaur İsmayılov.
İmişli: 1. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı (k), 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 29. Edvin Banqera, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 10. Dioqo Kardozo, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə, 60. Ayxan Abbaszadə, 17. Seyxan Fərəcov, 11. Vüsal Qənbərov, 3. Tuncay Yusifli, 33. Əkbər Eyubov, 30. Xəlil Mürsəlli, 8. Xuan Hernandes, 42. Sebai Senin.
Baş məşqçi: Fərid Namazov.


