Premyer Liqa: “Arsenal” 4, “Liverpul” 2 cavabsız qolla qalib gəldi

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 7-ci turdan təxirə salınmış oyunlar keçirilib. Arena.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

Lider “Arsenal” doğma meydanda “Everton”la üz-üzə gəlib. “Topçular” bu oyunda 3 xalı 4 cavabsız qola seviniblər.

“Liverpul” isə “Vulverhempton”u qəbul edib. Bu oyunda da meydan sahibləri inamlı qələbə qazanıblar.

Bu nəticələrdən sonra 60 xala malik “Arsenal” vahid liderdir. İkinci pillədəki “Mançester Siti” 55, üçüncü olan “Mançester Yunayted” isə 49 xal toplayıb. “Tottenhem”in 45, “Nyukasl”ın 41, “Liverpul”la “Fulhem”in 39, “Brayton”la “Brentford”un 35, “Çelsi” və “Aston Villa”nın da 31 xalı var.

İngiltərə Premyer Liqası
7-ci turun oyunları
1 mart

Arsenal – Everton 4:0
Qol: Saka, 40. Martinelli, 45+1; 80. Edeqor, 71.

Liverpul – Vulverhempton 2:0
Qol: Van Deyk, 73. Salah, 77.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: