Premyer Liqa: “Arsenal” autsayderlə doğma meydanda bacarmadı

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2022/2023 mövsümünün 32-ci turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında lider “Arsenal” doğma meydanda çempionatın aşkar autsayderi “Sauthempton”la üz-üzə gəlib. Matça çox yaxşı başlayan qonaq komanda son dəqiqələrə qədər hesabda öndə olsa da, bu üstünlüyünü qoruya bilməyib. Son dəqiqələrdə iki qol vuran “topçular” ardıcıl üçüncü heç-heçəsini rəsmiləşdirib.

32-ci turun “Mançester Yunayted” – “Çelsi” və “Brayton” – “Mançester Siti” oyunları təxirə salınıb. Digər qarşılaşmalar isə şənbə və bazar günlərinə təsadüf edəcək.

İngiltərə Premyer Liqası
32-ci tur
21 aprel

Arsenal – Sauthempton 3:3
Qol: Martinelli, 20. Edeqor, 88. Saka, 90 – K.Alkaras, 1. Uolkott, 14. Çaleta-Çar, 66.

22 aprel

15:30. Fulhem – Lids
18:00. Brentford – Aston Villa
18:00. Kristal Pelas – Everton
18:00. Lester Siti – Vulverhempton
18:00. Liverpul – Nottingem Forest

23 aprel

17:00. Bornmut – Vest Hem
17:00. Nyukasl – Tottenhem

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: