Futbol üzrə İngilərə Premyer Liqasında 18-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Ötən tur “Vest Hem”i məğlub edən “Arsenal”ın bu turdakı rəqibi “Lids” olub. London təmsilçisi səfərdə darmadağına sevinib.
Lider “Mançester Siti” “Nyukasl” səfərinə yollanacaq. Turun mərkəzi görüşündə “Tottenhem” “Liverpul”la üz-üzə gələcək.
Bu tur keçirilməli olan “Aston Villa” – “Bernli”, “Mançester Yunayted” – “Brayton”, “Sauthempton” – “Brentford”, “Uotford” – “Kristal Pelas”, “Vest Hem” – “Norviç Siti” və “Everton” – “Lester Siti” matçları klubların heyətlərində koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb.
İngiltərə Premyer Liqası
18-ci tur
18 dekabr
Lids – Arsenal 1:4
Qol: Rapinya, 75-pen – Martinelli, 16; 28. Saka, 42. Smit Rou, 84.
19 dekabr
18:00 Vulverhempton – Çelsi
18:15 Nyukasl – Mançester Siti
20:30 Tottenhem – Liverpul


