Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2022/2023 mövsümünün 31-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Vest Hem” – “Arsenal” matçında heç-heçə qeydə alınıb. London təmsilçisi ardıcıl ikinci xal itkisinə baxmayaraq, zirvədəki mövqeyini qoruyub.
Səfərdə “Nottingem Forest”lə qarşılaşan “Mançester Yunayted” isə inamlı qələbəyə sevinib.
Tura sabah keçiriləcək “Lids” – “Liverpul” oyunu ilə yekun vurulacaq.
İngiltərə Premyer Liqası
31-ci tur
15 aprel
Aston Villa – Nyukasl 3:0
Qol: Remsi, 11. Uotkins, 64; 83.
Çelsi – Brayton 1:2
Qol: Qallaxer, 13 – Uelbek, 42. Enkiso, 69.
Everton – Fulhem 1:3
Qol: Maknil, 35 – Rid, 22. H.Uilson, 51. D.Ceyms, 68.
Sauthempton – Kristal Pelas 0:2
Qol: Eze, 54; 68.
Tottenhem – Bornmut 2:3
Qol: Son, 14. Danjuma, 88 – Vina, 38. Solanke, 51. Uattara, 90+5.
Vulverhempton – Brentford 2:0
Qol: D.Kosta, 27. Huanq, 69.
Mançester Siti – Lester Siti 3:1
Qol: Stounz, 5. Haland, 13; 25 – İheanaço, 75.
16 aprel
Vest Hem – Arsenal 2:2
Qol: Benrahma, 33. Bouen, 55 – Q.Jezus, 7. Edeqor, 10.
Nottingem Forest – Mançester Yunayted 0:2
Qol: Entoni, 32. Dalot, 76.
17 aprel
23:00. Lids – Liverpul


