Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 1-ci turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk oyunu “Neftçi” ilə “Turan Tovuz” arasında baş tutacaq. Bu oyun həm “ağ-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk, həm də tovuzluların yeni çalışdırıcısı Kurban Berdıyev üçün əlamətdar olacaq. Çünki hər iki mütəxəssis yeni komandalarında ilk rəsmi matçlarına çıxacaqlar. Qriqorçuk vaxtilə Azərbaycanda çalışıbsa, Berdıyev ümumiyyətlə Premyer Liqamızda debüt etmiş olacaq.
Günün digər oyunu Avropa Konfrans Liqasındakı mübarizəsini erkən yekunlaşdırmış “Sumqayıt”la “Kəpəz” arasında baş tutacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyunda meydan sahibləri favorit göstərilirlər. Amma Gəncə təmsilçisi də yeni mövsümdə rəqiblərinə asan yem olmayacağını isbatlamağa çalışacaq.
Premyer Liqa
1-ci tur
2 avqust
“Araz-Naxçıvan” – “Qarabağ” 1:4
Qollar: Nuno Rodriqes, 86 – Redon Cica, 7. Riçard Almeyda, 9. Hamidu Keyta, 47. Abbas Hüseynov, 88.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mərdəkan. “Dalğa Arena”, 20:00.
3 avqust
“Neftçi” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Neftçi Arena” 18:30.
“Sumqayıt” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev.
VAR: Rauf Cabarov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:45.
4 avqust
“Sabah” – “Şamaxı”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
VAR: Tural Qurbanov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Masazır Arena”, 17:30.
“Zirə” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Zirə İdman Kompleksinin stadionu, 20:00.


