Premyer Liqa: “Brentford” səfərdə, “Brayton” evdə qalib gəldi

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 7 və 8-ci turlardan təxirə salınmış oyunları keçirilib. Arena.az xəbər verir ki, bu gün iki belə qarşılaşma baş tutub.

“Brayton” doğma meydanda “Kristal Pelas”la qarşılaşıb. Matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Sauthempton” da evdə “Brentford”la üz-üzə gəlib. Bu görüşdə isə qonaqlar inamlı qələbəyə seviniblər.

Bu nəticələrdən sonra “Brayton” 42 xalla 7-ci, “Brentford” isə 41 xalla 8-ci pillədə qərarlaşıb. “Kristal Pelas” 27 xalla 12-cidirsə, “Sauthempton” 22 xalla sonuncudur.

İngiltərə çempionatında 27 oyuna 66 xal toplamış “Arsenal” vahid liderdir. “Mançester Siti” 61 xalla ikinci, “Mançester Yunayted” 50 xalla üçüncü pillədə qərarlaşıb. “Tottenhem”in 48, “Nyukasl”ın 44, “Liverpul”un 42 xalı var.

İngiltərə Premyer Liqası
15 mart

7-ci turun oyunu
Sauthempton – Brentford 0:2
Qol: Touni, 32. Vissa, 90+7.

8-ci turun oyunu
Brayton – Kristal Pelas 1:0
Qol: Mark, 15.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: