Premyer Liqa: Bu gün 2026/27 mövsümünün püşkü atılacaq

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.

Arena.az xəbər verir ki, tədbirə saat 15:00-da start veriləcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 14-də start verilməsi nəzərdə tutulub. Yeni mövsümün tam təqvimi isə püşkatmadan sonra müəyyənləşəcək.

Xatırladaq ki, 2026/2027-ci illər mövsümündə də Premyer Liqa 12 komandanın iştirakı ilə təşkil ediləcək. Ötən mövsümün yekunlarına görə “Karvan” elitanı tərk edib. Sözügüdən komandanı yeni mövsümdə elitada “Şəfa” əvəz edəcək.

Beləliklə, Azərbaycan çempionatında 2026/2027-ci illər mövsümündə aşağıdakı komandalar mübarizə aparacaqlar:

Sabah
Qarabağ
Turan Tovuz
Neftçi
Zirə
Araz-Naxçıvan
Sumqayıt
Şamaxı
İmişli
Kəpəz
Qəbələ
Şəfa

Sonda onu da xatırladaq ki, ötən mövsüm “Sabah” Azərbaycan çempionatının qalibi olub. “Qarabağ” gümüş, “Turan Tovuz” bürünc medallara sahib çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: