Premyer Liqa: “Çelsi” “Tottenhem”ə də uduzdu

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 25-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha bir qarşılaşma baş tutub.

Günün yeganə matçında “Tottenhem” doğma meydanda “Çelsi” ilə qarşılaşıb. London derbisində meydan sahibləri inamlı qələbəyə seviniblər.

Qeyd edək ki, 25-ci turun “Mançester Yunayted” – “Brentford” və “Nyukasl” – “Brayton” matçları təxirə salınıb.

Hazırda 57 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 55 xalla ikinci, “Mançester Yunayted” 49 xalla üçüncü pillədə qərarlaşıb. “Tottenhem”in 45, “Nyukasl”ın 41, “Fulhem”in 39, “Liverpul”un 36, “Brayton” və “Brentford”un 35, “Çelsi” və “Aston Villa”nın 31 xalı var.

İngiltərə Premyer Liqası
25ci tur

24 fevral

Fulhem – Vulverhempton 1:1
Qol: Solomon, 64 – Sarabiya, 23.

25 fevral

Everton – Aston Villa 0:2
Qol: Uotkins, 63-pen. Buendiya, 81.

Lids – Sauthempton 1:0
Qol: Firpo, 77.

Lester Siti – Arsenal 0:1
Qol: Martinelli, 46.

Vest Hem – Nottingem Forest 4:0
Qol: D.İnqs, 70; 73. D.Rays, 78. M.Antonio, 85.

Bornmut – Mançester Siti 1:4
Qol: Lerma, 83 – X.Alvares, 15. Haland, 29. Foden, 45. Mepham, 51-öz qapısına.

Kristal Pelas – Liverpul 0:0

26 fevral

Tottenhem – Çelsi 2:0
Qol: Skipp, 46. Keyn, 82.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: