Premyer Liqa: “Çelsi” xal itirdi, “Liverpul” qalib gəldi

Futbol üzrə İngiltərə Premyer Liqasında 17-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

“Çelsi” doğma meydanda “Everton”la üz-üzə gəlib. London təmsilçisi bu oyunda xal itkisi ilə üzləşib.

“Liverpul” isə “Nyukasl”la qarşılaşıb. Dörd qolun qeydə alındığı oyun meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

Bu tur keçirilməli olan “Brentford” – “Mançester Yunayted”, “Bernli” – “Uotford” və “Lester Siti” – “Tottenhem” matçları təxirə salınıb. Buna sözügedən komandaların heyətində koronavirusa kütləvi yoluxma qeydə alınması səbəb göstərilir.

İngiltərə Premyer Liqası
17-ci tur
14 dekabr

Norviç Siti – Aston Villa 0:2
Qol: Remsi, 34. Uotkins, 87.

Mançester Siti – Lids 7:0
Qol: Foden, 8. Qriliş, 13. De Bruyne, 32; 62. Mahrez, 49. Stounz, 74. Ake, 78.

15 dekabr

Brayton – Vulverhempton 0:1
Qol: Saiss, 45+1.

Kristal Pelas – Sauthempton 2:2
Qol: Zaha, 2. Ayyu, 65 – Uord-Prauz, 32. Broya, 36.

Arsenal – Vest Hem 2:0
Qol: Martinelli, 48. Smit Rou, 87.

16 dekabr

Çelsi – Everton 1:1
Qol: Maunt, 70 – Brentueyt, 74.

Liverpul – Nyukasl 3:1
Qol: Jota, 21. Salah, 25. Aleksandr-Arnold, 87 – Şelvi, 7.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: