Premyer Liqa: Derbidə “Mançester Siti” sevindi, “Çelsi” xal itirdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 11-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.

“Brayton” – “Nyukasl” görüşü heç-heçə bitib. “Brentford” doğma meydanda “Norviç Siti”yə uduzub. “Kristal Pelas” isə “Vulverhempton”u məğlub yola salıb.

Lider “Çelsi” bu turda “Bernli” ilə qarşılaşıb. “Zadəganlar” bu görüşdə xal itkisi ilə üzləşib.

Turun mərkəzi görüşü Mançesterdə keçirilib. “Mançester Yunayted” əzəli rəqibi “Mançester Siti”nin müqavimətini qırmağa çalışıb. Amma qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb.

İngiltərə Premyer Liqası
11-ci tur
5 noyabr

Sauthempton – Aston Villa 1:0
Qol: Armstronq, 3.

6 noyabr

Mançester Yunayted – Mançester Siti 0:2
Qol: E.Bayi, 7-öz qapısına. B.Silva, 45.

Brentford – Norviç Siti 1:2
Qol: Henri, 60 – Normann, 6. Pukki, 29-pen.

Kristal Pelas – Vulverhempton 2:0
Qol: Zaha, 61. Qallaxer, 78.

Çelsi – Bernli 1:1
Qol: Haverts, 33 – Vidra, 79.

Brayton – Nyukasl 1:1
Qol: Trossard, 24 – Hayden, 66.

7 noyabr

18:00. Arsenal – Uotford
18:00. Lids – Lester Siti
18:00. Everton – Tottenhem
20:30. Vest Hem – Liverpul

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: