Premyer Liqa: “Everton” “Arsenal”a şok yaşatdı

Futbol üzrə İngiltərə Premyer Liqasında 15-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Everton” “Arsenal”ı qəbul edib. Üç qolun qeydə alındığı oyunda qələbəni meydan sahibləri bayram ediblər. Hesabı “topçular” açıblar. Amma son dəqiqələrdə iki qol vuran meydan “Everton” əzmkar qələbəyə sevinib.

İngiltərə Premyer Liqası
15-ci tur
4 dekabr

Vest Hem – Çelsi 3:2
Qol: Lanzini, 40. Bouen, 56. Masuaku, 87 – T.Silva, 28. Maunt, 44.

Vulverhempton – Liverpul 0:1
Qol: Oriqi, 90+4.

Nyukasl – Bernli 1:0
Qol: Uilsin, 40.

Sauthempton – Brayton 1:1
Qol: Broxa, 29 – Maupay, 90+8.

Uotford – Mançester Siti 1:3
Qol: Kuço, 74 – Sterlinq, 4. B.Silva, 31; 63.

5 dekabr

Lids – Brentford 2:2
Qol: Roberts, 27. Bemford, 90+5 – Baptiste, 54. Kanos, 61.

Mançester Yunayted – Kristal Pelas 1:0
Qol: Fred, 77.

Tottenhem – Norviç Siti 3:0
Qol: Moura, 10. Sançes, 67. Son, 77.

Aston Villa – Lester Siti 2:1
Qol: Konsa, 17; 54 – Barnes, 14.

6 dekabr

Everton – Arsenal 2:1
Qol: Riçarlison, 79. Qrey, 90+2 – Edeqor, 45+2.