Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 12-ci turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk oyunu Tovuzda çempionatın iki əsas autsayderi arasında keçiriləcək. Sonuncu pillədə qərarlaşmış “Kəpəz” Tovuz şəhər stadionunda özündən öndə qərarlaşmış “Səbail”i qəbul edəcək. Gəncə klubu “ev” oyunundan qalib ayrılsa, “dənizçilər”lə arasındakı xal fərqini azaltmış olacaq. Hazırda “Kəpəz”in 3, “Səbail”in 7 xalı var. Paytaxt təmsilçisi isə Tovuzda qalib gələcəyi halda, hazırda 9 xalı olan “Neftçi”ni qabaqlaya bilər.
Qeyd edək ki, “Kəpəz”ə məğlubiyyət “Səbail”də baş məşqçi dəyişikliyinə səbəb ola bilər. Belə ki, komandasının uğursuz çıxışı fonunda Şahin Diniyevin istefası gündəmdədir. Çempionatın aşkar autsayderinə də məğlubiyyət təcrübəli mütəxəssisin sonunu gətirə bilər.
Turun qapanış matçında isə “Sumqayıt” “Sabah”ı qəbul edəcək. Paytaxt təmsilçisi hazırda 17 xalla 5-ci sırada qərarlaşıbsa, sumqayıtlılar 10 xalla 7-cidirlər. Ardıcıl 4 oyundur (3 heç-heçə, 1 məğlubiyyət) qələbə qazana bilməyən Krunoslav Renduliçin “bayquşlar”ı uğursuz gedişata Sumqayıtda son qoymağa çalışacaqlar. Ötən tur “Səbail”ə qalib gəlmiş Vaqif Cavadovlu “Sumqayıt” isə bu uğurun davamını gətirmək arzusundadır.
Premyer Liqa
12-ci tur
1 noyabr
“Turan Tovuz” – “Qarabağ” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Tovuz şəhər stadionu. 18:30.
“Neftçi” – “Araz-Naxçıvan” 0:1
Qol: Felipe Santos, 30.
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “Neftçi Arena”. 20:30.
2 noyabr
“Şamaxı” – “Zirə” 0:2
Qollar: Martins Junior, 33. Ruan Renato, 63.
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı şəhər stadionu. 15:00.
3 noyabr
“Kəpəz” – “Səbail”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu. 16:00.
“Sumqayıt” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 19:00.


