Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 29-cu turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib. Sözügedən komandalar Mərdəkandakı “Dalğa Arena”da üz-üzə gəliblər.
Komandaların turnir cədvəlində qonşu olması bu oyuna marağı artıran məqamlardan idi. Belə ki, Naxçıvan təmsilçisi bu oyundan öncə 32 xalla 8-ci, Gəncə klubu isə 27 xalla 9-cu sırada qərarlaşmışdı. “Kəpəz” bu oyunda qalib gələ bilsə, aradakı xal fərqini 2-yə endirəcəkdi. Əks halda bu komandanın mövsümü “Araz-Naxçıvan”dan öndə bitirməsi daha da müşkülə çevriləcəkdi.
“Araz-Naxçıvan”la “Kəpəz” bu günə qədər Premyer Liqada 7 oyunda üz-üzə gəlmişdilər və heç vaxt “sülh bağlamamışdılar. Naxçıvanlılar 2, gəncəlilər 5 qələbəni bayram etmişdilər. “Kəpəz” son iki matçda qalib gəlmişdisə, “Araz-Naxçıvan” son üç oyunda qol buraxmışdı.
Bu oyunda hesabı naxçıvanlılar açıblar. Amma əzmkarlıq nümayiş etdirən gəncəlilər qalan dəqiqələrdə 2 qol vurmaqla meydanı qələbə ilə tərk ediblər.
29-cu turun “Turan Tovuz” – “Sabah” və “Qarabağ” – “Səbail” oyunları şənbə gününə təsadüf edəcək. “Zirə” – “Qəbələ” və “Neftçi” – “Sumqayıt” matçları isə bazar günü baş tutacaq.
Premyer Liqa
29-cu tur
5 aprel
“Araz-Naxçıvan” – “Kəpəz” 1:2
Qollar: Miço Kuzmanoviç, 16 – Martins Junior, 54. Mate Kvirkviya, 62.
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Tural Qurbanov.
“Dalğa Arena”, 19:00.
Araz-Naxçıvan: 12. Kristian Avram, 10. Orxan Əliyev (k), 3. Turan Manafov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Ələkbərov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 4. İqor Ribeyro.
Baş məşqçi: Azər Bağırov.
Kəpəz: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 91. Latir Fall, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 25. Georgi Papunaşvili.
Baş məşqçi: Adil Şükürov.


