Premyer Liqa: “Keşlə” evdə, “Neftçi” səfərdə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə “Keşlə” “Sabah”la üz-üzə gəlib. Qələbəyə həsrət iki komandanın duelində meydan sahibləri qalib gəliblər. Bununla da “Keşlə” cari mövsümdə ilk qələbəsini rəsmiləşdirib.

Günün digər qarşılaşması “Səbail” ilə “Neftçi” arasında keçirilib. Ötən mövsümün qalibi olmuş “Neftçi” dörd qolun qeydə alındığı bu oyundan qalib ayrılıb.

Xatırladaq ki, ilk oyun günündə “Zirə” “Sumqayıt”a 1:0 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək “Qarabağ” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
6-cı tur
2 oktyabr

“Keşlə” – “Sabah” 2:0
Qol: M.Giqauri, 3. F.Santos, 90+5.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Allahverdiyev.
Bakı. “ASK Arena”.

Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev, 19. Azər Salahlı, 2. İlkin Qırtımov (k), 21. Miyusko Boyoviç, 11. Sadio Tounkara, 77. Merab Giqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 7. Rəhman Hacıyev, 23. Nicat Qurbanov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 17. Omar Qudiabi, 50. Samir Abdullayev, 95. Rəhman Daşdəmirov.
Məşqçi: Zaur İsmayılov.

Sabah: 1. Səlahət Ağayev (k), 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 26. Fofana Tiemoko, 20. Coy-Lens Mikels, 55. Şpiro Periçiç, 11. Kristian Sebalyos, 7. Petar Skuletiç, 33. Camal Cəfərov.
Ehtiyat oyunçular: 16. Saşa Stamenkoviç, 32. Rustam Samiqullin, 14. Slavik Alxasov, 9. Xulio Sezar Rodriqez, 24. Mixeil Erqemlidze, 5. Arsen Ağcabəyov, 21. İldar Alekperov, 77. Veysəl Rzayev, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev, 13. Abdulla Rzayev.
Baş məşqçi: Ramin Quliyev.


“Səbail” – “Neftçi” 1:3
Qol: N.Raysel, 90+5 – Y.Laval, 26. T.Bezerra, 45+1; 78.
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Eyyub İbrahimov, Fərid Hacıyev.
Bakı. “ASCO Arena”.

Səbail: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 5. Adil Nağıyev, 11. Rauf Əliyev, 6. Cabir Əmirli, 33. Domantas Şimkus, 34. Yurgen Qoxa, 30. Camal Araqo, 32. Nikolas Raysel, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 19. Ruslan Hacıyev, 2. Elton Əlibəyli, 88. Elmir Tağıyev, 99. Vidadi Cəfərov, 38. Zeynəddin Abdurahmanov.
Baş məşqçi: Aftandil Hacıyev.

Neftçi: 30. Aqil Məmmədov, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 10. Sezar Meza Kolli, 4. Huqo Basto, 14. Romen Bask, 9. Tyaqo Bezerra, 20. Mert Çelik, 37. Vüsal Əsgərov.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 29. Sabir Buqrin, 11. Harramiz Soares, 91. Ramon Maçado, 36. Mamadu Kane, 7. Xorxe Korrea, 21. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Samir Abasov.